
Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.
Senzor.az Rusiya KİV-ə istinadən bildirir ki, V. Putin baş vermiş hadisəni insan mənəviyyatının bütün normalarının və beynəlxalq hüququn sarsıdıcı və kinli şəkildə pozulması adlandırıb.
Rusiya lideri ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei və ailə üzvləri ilə bağlı kədərini ifadə edərək deyib: "Rusiyada Xameneini iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə vermiş görkəmli dövlət xadimi kimi xatırlayacaqlar".