
ABŞ və İsrailin İrana qarşı əməliyyatından sonra Pakistanın Kəraçi şəhərində etirazlar başlayıb və Amerika konsulluğuna hücum edilib.
Senzor.az bildirir ki, bu barədə İranın İRNA agentliyi Teleqramda məlumat yayıb.
Görüntülərdən məlum olur ki, diplomatik nümayəndəliyin ərazisinə daxil olan qəzəbli etirazçılar əllərindəki dəyənəklər və müxtəlif küt alətlərlə konsulluq binasının pəncərələrini sındırıb, binanın fasadına zərər vurublar. Hücum zamanı kütlənin yüksək səslə şüarlar səsləndirdiyi və binanın mühafizə zolağını keçdiyi müşahidə olunur.
Arada nümayişçilər polis əməkdaşlarına daş atıb, hüquq-mühafizə orqanları isə kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.
Son məlumata görə, bu zaman kütləvi toqquşmalar yaşanıb. Nəticədə 10 nəfər həlak olub, daha 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.