
İran hakimiyyəti strateji əhəmiyyətli Hörmüz boğazını neft tankerlərinin keçidi üçün yenidən açıq elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Məsləhət Şurasının üzvü, Ali İqtisadi Koordinasiya Şurasının katibi Möhsün Rzayi məlumat verib.
Onun sözlərinə görə, hökumət gəmilərin bu mühüm su yolundan tranzit keçidini bərpa etmək barədə qərar qəbul edib.
Lakin M. Rzayi xəbərdarlıq edib ki, bu icazə növbəti bildirişədək qüvvədədir.
Bununla yanaşı, İran rəsmisi bölgədəki hərbi gərginliyə də toxunub: “Mülki gəmilər üçün keçid açılsa da, ABŞ hərbi gəmiləri İran üçün qanuni hədəf olaraq qalır və onlara qarşı zərbələr endirilməsi ehtimalı istisna deyil”.
Xatırladaq ki, dünən İran dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazını bağlamışdı.