Şahın ən çox qorxduğu məhbus: İRANIN ALİ LİDERİ HAQQINDA BİLMƏDİKLƏRİNİZ...
VİDEO

İran siyasətində əsas söz sahibi və İslam dünyasının tanınmış din xadimi olan Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəd şəhərində anadan olub. Atasının yolunu davam etdirərək gənc yaşlarından dini təhsilə başlayan Xamenei Nəcəf və Qum şəhərlərində fəaliyyət göstərib. Məhz Qumda o, gələcək İslam İnqilabının rəhbəri Ruhullah Xomeyni ilə tanış olub. Şah rejimi dövründə siyasi fəaliyyətinə və Xomeyninin ideyalarını yaydığına görə 6 dəfə həbs edilən Xamenei ağır işgəncələrə məruz qalıb.

 

Baku TV-nin hazırladığı videomaterialda belə deyilir.

 

1979-cu il həm İran, həm də Xameneinin taleyində dönüş nöqtəsi oldu. Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən sonra Xomeyni sürgündən qayıtdı və ölkədə İslam Respublikası elan olundu. Xamenei sürətlə hakimiyyət iyerarxiyasında yüksələrək 1981-ci ildə böyük səs çoxluğu ilə prezident seçildi. Onun 8 illik prezidentlik dövrü yüzminlərlə insanın həyatına son qoyan qanlı İran-İraq müharibəsi ilə yadda qaldı.

 

1989-cu ildə Xomeyninin vəfatından sonra 49 yaşlı Xamenei ölkənin yeni ali lideri seçildi. Həmin vaxt kifayət qədər yüksək dini rütbəsi olmasa da, qısa müddətdə Ayətullah statusu aldı.

 

Xameneinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirərək ABŞ və İsrailə qarşı "müqavimət oxu" formalaşdırdı. Bu strategiya çərçivəsində Livanda "Hizbullah", Yəməndə husilər, İraqda şiə qruplaşmaları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirildi. Qərblə ən ciddi gərginlik mövzusu isə nüvə proqramı oldu. ABŞ-ın 2015-ci ildə imzalanan nüvə sazişindən 2018-ci ildə çıxması bölgədəki gərginliyi pik həddə çatdırdı.

 

Onun uzunmüddətli hakimiyyəti həm də kütləvi etirazlarla müşayiət olunub:

 

- 2009-cu il: Prezident seçkisindən sonrakı "Yaşıl hərəkat" nümayişləri.

 

- 2017-2019-cu illər: İqtisadi çətinliklərə qarşı aksiyalar.

 

- 2022-ci il: 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürüyən genişmiqyaslı etiraz dalğası.

 

2025-ci ildə İran İsrail və ABŞ-ın birbaşa hərbi hücumlarının hədəfinə çevrildi. "12 günlük müharibə" zamanı İranın nüvə və hərbi obyektləri vuruldu, strateji nöqtələr ABŞ-ın "B-2" bombardmançıları tərəfindən hədəfə alındı. Tehran isə bu hücumlara İsrailə raket zərbələri endirməklə cavab verdi.

 

Onilliklər ərzində İranın siyasi sistemini formalaşdıran Əli Xamenei Yaxın Şərqdə ən uzun müddət hakimiyyətdə qalan dövlət başçılarından biri kimi tarixə düşdü.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.