
İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani ABŞ və İsrailin ölkəsinə endirdiyi zərbələri həm hərbi cinayət, həm də insanlığa qarşı cinayət adlandırıb.
“Teleqraf” xəbər verir ki, bu barədə diplomat fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə bağlı keçirilmiş BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.
İravani vurğulayıb ki, bu hərəkətlər sadəcə təcavüz aktı deyil, həm də beynəlxalq hüquqa zidd, insanlığa qarşı hərbi cinayətdir.