Azərbaycanda Rusiyanın iki nazirliyinin nümayəndəsi işə başlayacaq - TEZLİKLƏ

Bu ilin sonunadək Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin Azərbaycanda işə başlayacağı gözlənilir.
 

"APA-Economics"in məlumatına görə, bu barədə mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib.
 
"Biz gözləyirik ki, bu ilin sonuna kimi o, Azərbaycanda öz işinə başlayacaq. Biz bunu çox gözləyirik, çünki iş həcmi olduqca böyükdür", - R. Mirsayapov qeyd edib.
 
Onun sözlərinə görə, bu ilin fevral ayında Rusiyanın Federal Gömrük Xidmətinin nümayəndəsi gələndən sonra Azərbaycanda işlərin həyata keçirilməsi yüngülləşib, çünki bu sahədə işlər artıq professionallar tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də belə bir insanın Azərbaycanda işə başlaması məhsulların tədarükü məsələsinə əlavə impuls verəcək.
 
Bununla yanaşı, R. Mirsayapovun sözlərinə görə, bu ilin oktyabr ayından Rusiyanın İqtisadi İnkişaf Nazirliyi də müəyyən ölkələrdə (Azərbaycan da əhatə olunmaqla təxminən 50 ölkədə) öz nümayəndəsi ilə təmsil oluna bilər.
 
"Planlaşdırırıq ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi bu ilin sonunda və ya gələn ilin əvvəlində Azərbaycanda işə başlayacaq", - R. Mirsayapov vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.