Eldar Həsənov prokurorun suallarını cavablandırdı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
 
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirib.
 
E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb.
 
Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyiblər.
 
Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək.
 
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.