Çin Mərkəzi Bankının qərarına əsasən, bitkoinlə və digər kriptovalyutalarla ticarət işləri aparmaq cinayət hesab ediləcək.
Bu barədə BBC məlumat yayıb.
"Virtual valyutalarla əlaqəli biznes işləri qanunsuz maliyyə fəaliyyəti hesab olunur", - Çinin MƏRKƏZI bankından bildirilib.
Bankda belə hesab edirlər ki, kriptovalyutalar ölkə əhalisinin aktivlərini təhlükə altına qoyur.
Qeyd edək ki, Çin kriptovalyutalar üçün dünyanın ən böyük bazarlarından biri sayılır.