Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.
Senzor.az xatırladır ki, buna görə də 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Artıq bir neçə gündür ki, ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədi ilə eyvanlardan bayraqlar asılır.
Vətəndaşlarımızı da bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs müharibə dövründə olduğu kimi, eyvanından bayraq asaraq həmrəylik nümayiş etdirə bilər.
Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.