Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan işgüzar münasibətlər var.
“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, iki lider arasındakı münasibətlər çox yaxşıdır və ciddi danışıqlar aparmağa şərait yaradır.
Peskovun sözlərinə görə, prezidentlərin gələn həftə baş tutacaq görüşünün başlıca müzakirə mövzusu Suriya məsələsi olacaq.