
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi diplomatik qaydaları pozaraq bu gün “Yerablur” hərbi panteonunu ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, ABŞ olmayan ATƏT-in Minsk qrupunda vasitəçilərdən biri hesab olunur. Bu çərçivədə diplomatik etiket tələb edir ki, bu ölkənin İrəvanakı səfiri Qarabağ məsələsinə münasibətdə həssas mövqe nümayiş etdirsin və tərəf olduqlarını nümayiş etdirməsin. Ancaq görünən budur ki, ABŞ-ın İrəvandakı səfiri erməni lobbisinin təsiri deyil, nəzarəti altındadır. Bu səbəbdən gah həftədə bir də “status” haqqında sərsəm bəyanatlar verir, gah Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinə baş çəkir, gah da bu gün olduğu kimi “Yerablur” hərbi panteonuna gedir.

Səfir Treysinin İrəvandakı panteonda görünməsi belə qənaətə gəlməyə əsas verir ki, diplomat beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Azərbaycan ərazilərinin işğal edilməsinə müsbət yanaşırmış.

