
Senzor.az bildirir ki, bunu ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib.
““Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.
ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.