ABŞ Kremlin hərbi sirlərini necə əldə edib - MƏXFİ QOVLUQ

Amerikanın məşhur hərbi nəşrlərindən birində hərbi sirlərin əldə edilməsinə dair maraqlı yazı dərc edilib. Köşə yazarı Çarli Qao Rusiya ilə ABŞ arasında yaranmış yeni soyuq münasibətlər fonunda 90-cı illərin hadisələrini xatırladıb.
 
Azvision.az xəbər verir ki, məqalədə Sovet İttifaqının dağılması zamanı Rusiya hərbi sirlərinin ABŞ-a dəyərsiz şəkildə satılmasından söz açılır.
 
Bildirilir ki, həmin dövrdə 21 çoxfunksialı dördüncü nəsil MiG-29 qırıcısının satışı reallaşıb. Qaonun sözlərinə görə, həmin ağır dönəmlərdə Moldova hökumətinin maliyyə durumu elə vəziyyətdə imiş ki, o SSRİ-dən miras qalan belə böyük bir təyyarə parkını saxlaya bilməzdi: “Xüsusilə də, ölkənin ixtiyarında 34 MiG-29 qırıcısı, səkkiz çoxməqsədli Mi-8 helikopteri və bir neçə hərbi nəqliyyat təyyarəsi qaldı. Moldova belə vəziyyəti nəzərə alaraq digər keçmiş sovet respublikaları kimi əksər hərbi texnikalarını satmaq qərarına gəldi. İran Moldovanın MiQ-29 təyyarələrinin potensial alıcılarından birinə çevrilmişdi. Lakin tezliklə baş tutacaq hərbi sazişdən xəbər tutan ABŞ Yaxın Şərqdəki əsas rəqibinin həmin dövrün ən yaxşı qırıcılarından birinə sahib olmasının qarşısını almaq üçün hər cür səy göstərdi.
 
Vaşinqtonda düşünürdülər ki, bu bazarlıqdan sonra İran "nüvə silahını rahat daşımaq qabiliyyətinə" sahib olacaq. Nəticədə, Moldova humanitar yardım qismində 21 MiG-29 qırıcısı üçün 40 milyon dollar aldı. Qırıcılar Amerika mütəxəssisləri tərəfindən hərtərəfli öyrənilməsi üçün hissələrə ayrılaraq Ohayo ştatındakı hərbi bazaya çatdırıldı. Moldova yerdə qalan qanadlı nəqliyyat vasitələrini Eritreya və Yəmənə satdı”.
**





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.