“Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Senzor.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Xatırladaq son vaxtlar mətbuatda “Azərbaycan” nəşriyyatının binasında hökm sürən acınacaqlı vəziyyətlə bağlı yazılar dərc olunurdu. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi. Yerli media həmişə onu AMEA prezidenti, akademik Ramiz Mehdiyevin adamı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova yaxın şəxs kimi təqdim edib.