BNA avtomobil yollarına peykdən nəzarət edə biləcək - YENİLİK

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos" - Azərbaycan Respublikasının Kosmik Agentliyi və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında görüş keçirilib.
 
Senzor.az “Azərkosmos”a istinadən bildirir ki, ikitərəfli görüşdə “Bakı Nəqliyyat Agentliyi” ilə “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəliblər.
 
Həmçinin, “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrədə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.