Ermənistanın "silah baronu" həbs edildi
MİLYONLARLA MƏNİMSƏMƏ, SAXTAKARLIQ...

Ermənistanın "silah baronu" kimi tanınan iş adamı David Qalstyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
 
Erməni KİV-i xəbər verir ki, Qalstyan külli miqdarda mənimsəmə və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.
 
Bundan əvvəl eyni iş üzrə sabiq müdafiə naziri David Tonoyan da həbs olunub.
 
Qalstyan və keçmiş müdafiə naziri Tonoyan təxminən 4,7 milyon dolları mənimsəməkdə, ictimai təhlükəli hərəkətlər etməkdə və saxtakarlıqda şübhəli bilinirlər.
 
Azvision.az xatırladır ki, iş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.
 
“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.