"Taliban" Əfqanıstanın Çinlə sərhədinə "kamikadze batalyonu" yerləşdirəcək

“Taliban” Əfqanıstan sərhədlərinə intiharçılar yerləşdirəcək.

 
APA-nın verdiyi xəbərə görə, bunu ölkənin Bədəxşan vilayəti rəhbərinin müavini Molla Nisar Əhməd Əhmədi deyib.
 
Onun sözlərinə görə, Əfqanıstan sərhədlərinə, xüsusilə Bədəxşan vilayətinə yerləşdiriləcək müstəsna kamikadze batalyonu yaradılıb. O bildirib ki, bu batalyonun adı "Ləşəkər-i-Mənsuri"dir (Mansurun ordusu).
 
Əhmədi batalyonun əvvəlki Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrini hədəf alan intihar hücumları ilə eyni olduğunu söyləyib: “Bu batalyon olmasaydı, ABŞ-ın məğlubiyyəti mümkün olmazdı. Bu cəsur insanlar partlayıcı jiletlər geyinər və ABŞ-ın Əfqanıstandakı bazalarını partladardılar. Bunlar heç bir qorxusu olmayan insanlardır".
 
Qeyd edək ki, Kabul Beynəlxalq Hava Limanında yerləşdirilən ən təchizatlı və müasir hərbi qruplardan biri kimi tanınan digər bir batalyon "Badri 313"ün də intiharçılardan ibarət olduğu deyilir.
 
Əlavə edək ki, Əfqanıstanın Bədəxşan vilayəti Tacikistan və Çinlə sərhəddir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.