“Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbi açıqlandı - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbini açıqlayıb. 
 
Senzor.az-ın məlumatına görə, açıqlamada deyilir ki, ötən gün bir neçə saat ərzində istifadəçilər sözügedən platformalara daxil ola bilməyiblər.
 
“Facebook” şirkətinin verdiyi açıqlamaya əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.
 
Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.
 
Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.
 
Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.