MÖVLUD DUASI…
MİR ŞAHİN DÜNYASINI DƏYİŞƏN XALQ YAZIÇISINDAN YAZDI

Mövlud Süleymanlı keçindi-Şam kimi. Keçdi-Ocaq kimi. Çox böyük bir yazıçımız yazıldı, oxundu, bitdi. 

 

“Köç”, “Dəyirman”, “Səs”, “Yel Əhmədin bəyliyi”…və s. Belə… ”Və s.” yazıram,   amma o saat da yadıma düşür ki, həmişə “Əsərlərimdə bircə dənə də “və” tapa bilməzsən!” deyər, bununla fəxr edərdi.   Qəribə yanaşması var idi, deyərdi ki,   “və” ərəb istilasının rəmzi kimi qalıb cümləmizdə. Guya birləşdirir, əslində isə ayırır… 

 

Mövlud Süleymanlı Azərbaycan radiosunun əfsanəvi “Bulaq” verilişinin əsası idi, yaradanı idi. Dilimizi bu bulaqda suya çəkərdi, pak edərdi. Sözlərimizin, folklorumuzun dadı, tamı Səməndər Rzayevin-Baba, Məhluqə Sadıqovanın Nənə səsi ilə burdan axıb keçərdi… 

 

Mövlud nəhəng yazıçımız idi. Xalis, sırf yazıçımız… Amma mən onu təkcə bədii əsərləri ilə xatırlamayacam…

 

O dualar yazırdı. O dualar radioda oxunurdu… Hər günün duası var idi. Gecə səslənirdi. Səhər üçün…

 

Bax bu gün mən o duaları dinləmək istərdim! Həm də Mövludun ruhuna özünün oxuduğu dualar kimi! Allah rəhmət eləsin! Başqa dünya, bir ayrı aləm üçün Mövludun mübarək, Ədəbiyyatımızın Həyası! 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.