Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzaladılar
FOTO

Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində bir il müddətinə nəzərdə tutulmuş əməkdaşlıq proqramları imzalayıblar.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Kiprdə ikitərəfli Ermənistan-Kipr və üçtərəfli Ermənistan-Yunanıstan-Kipr müdafiə məsləhətləşmələri keçirilib.

 

"Məsləhətləşmələr zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın mövcud vəziyyəti və sonrakı addımları müzakirə edilib, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə sahəsində həyata keçirilən islahatlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

 

Nazirliyin məlumatına görə, tərəflər son illərdə əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.

 

"Məsləhətləşmələrin yekunlarına əsasən, üç ölkənin beynəlxalq hərbi əməkdaşlığa cavabdeh olan bölmələrinin rəhbərləri ikitərəfli Ermənistan-Kipr və üçtərəfli Ermənistan-Yunanıstan-Kipr formatında müdafiə sahəsində əməkdaşlığa dair bir il müddətinə nəzərdə tutulmuş proqramlar imzalayıblar", - məlumatda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.