
Ağcabədidə Kür çayının bəndinin dağılması ilə bağlı əraziyə 8 rayondan qüvvələr gətirilib.
“Teleqraf”ın məlumatına görə, Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində keçən bəndinin dağılmış hissəsində bərpa işləri aparılır.
Əraziyə Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Tərtər, Beyləqan, İmişli və Füzuli rayonlarından texnika və canlı qüvvə cəlb edilib.
Hazırda ərazidə bərpa işləri fasiləsiz şəkildə davam etdirilir. 

**11:34
Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb.
Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Ziya Əmirxanlı



