Kaxa Kaladze: Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər

Xarici aktorlar Gürcüstana rahatlıq vermirlər. Ölkənin müvafiq qurumlarının birgə səyləri nəticəsində onların pozuculuq fəaliyyətinin qarşısı alınır.

 

Bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin sabiq sədri Mamuka Mdinaradzenin “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi"nin rəhbərlərindən olan İqor Blajeviçin iştirakı ilə ölkədə iğtişaş yaratmaq cəhdlərini göstərən videogörüntünün olmasına dair açıqlamasına münasibət bildirərkən söyləyib.

 

Onun sözlərinə görə, bu, ölkədə ilk inqilab etmək cəhdi deyil. “Təəssüf ki, bu, ölkədə konkret insanların çevriliş və ya qarşıdurma üçün təlim keçməsi ilə bağlı ilk hal deyil. Bir neçə ay əvvəl inqilabi ssenarinin həyata keçirilməsi ilə bağlı konkret bir videoyazı barədə məlumat aldıq. Ehtiyatlı olmaq lazımdır”, - deyə o bildirib.

 

Kaxa Kaladze deyib ki, ölkədə sabitliyin qorunması üçün müvafiq qurumların birgə və səmərəli işi vacibdir.

 

AZƏRTAC xatırladır ki, Mamuka Mdinaradze dünən Dövlət Təhlükəsizlik Xidmətinin İqor Blajeviçin iştirakı ilə çoxsaylı səs yazılarının olduğu işi araşdırdığını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.