İrəvanda Türkiyə bayrağı yandırıldı – PAŞİNYANDAN REAKSİYA
VİDEO

Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüşdə Türkiyə bayrağı yandırılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən yürüşdə Türkiyə bayrağının yandırılmasını pisləyən bəyanat verib.

 

Baş nazir qeyd edib: "Bu, açıq-aşkar təxribatçı və gərginlik yaradan davranışdır. Bu, məsuliyyətsiz və qəbuledilməzdir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır".

 

Bayrağın yandırılmasını Milli Məclisin sədri Alen Simonyan da tənqid edib: "24 aprel ərəfəsində istənilən ölkənin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq mənasız, utancverici və çox pislənən bir hərəkətdir. Mən bu cür addımları sülhə və gələcəyə qarşı acınacaqlı və qəbuledilməz təxribatlar hesab edirəm"

 

Qeyd edək ki, aksiya “Daşnaksütyun” tərəfindən təşkil olunub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.