Paşinyan Anna Akopyanla barışmaq istəyir:
“ŞANS YARANIB...”

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Gümrüyə səfəri zamanı keçmiş həyat yoldaşı Anna Akopyanla görüntülənməsinə münasibət bildirib.

 

“Sputnik Ermənistan” xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Belə ki, cütlüyün yenidən bir araya gəlib-gəlmədiyi ilə bağlı suala cavab verən Paşinyan bundan əvvəl Akopyanın qərarını şərh etdiyini, lakin bunun həyat yoldaşının qərarı ilə razılaşdığı anlamına gəlmədiyini bildirib. 

 

Bununla yanaşı, Paşinyan Anna ilə yenidən bir araya gəlmək üçün səylər göstərdiyini və belə bir şansın yarandığından məmnun olduğunu vurğulayıb.

 

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.