
ABŞ-ın "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
Bu barədə "The War Zone" (TWZ) nəşri məlumat verib.
"Dəniz gəmisindən başqa bir gəmiyə qarşı göyərtə topundan sonuncu təkzibolunmaz hal "Praying Mantis" əməliyyatı zamanı baş verib", - deyə ABŞ HDQ-nin adı açıqlanmayan nümayəndəsi portala bildirib.
Oxu.az xatırladır ki, "Praying Mantis" əməliyyatı ABŞ Silahlı Qüvvələri tərəfindən 18 aprel 1988-ci ildə Fars körfəzində ABŞ freqatının İran minası tərəfindən batırılmasına cavab olaraq həyata keçirilib. Hərbi əməliyyatlar nəticəsində ABŞ İrana məxsus iki neft platformasını, bir freqatı və bir kateri məhv edib. O zaman "Praying Mantis" əməliyyatı ABŞ üçün İkinci Dünya müharibəsindən bəri ən böyük dəniz əməliyyatı olub.
Aprelin 19-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəndər Abbas limanına doğru gedən "Touska" yük gəmisinin ələ keçirildiyini bildirib. Onların məlumatına görə, "Spruance" gəmisi 127 mm-lik "Mark 45" topundan gəminin mühərrik kabinəsinə bir neçə atəş açıb.