Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
YENİLƏNİB

 

Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

 

Senzor.az bildirir ki, Baş Prokurorluq və SHXÇDX-nin birgə məlumatında belə deyilir.

 

Qeyd edilib ki, bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

 

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 3.11.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

 

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaq.

**20:58 (23:04.2026)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.

 

Senzor.az Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.

 

Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.

 

Qərara əsasən, hər dörd şəxs üzrə həbs müddətinin başlanğıcı 21 aprel 2026-cı il tarixindən hesablanır.

**15:30

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

 

Senzor.az-ın məlumatına görə, əməliyyatlar nəticəsində həmin şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

 

Onlar barəsində qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı KİV-ə təsdiqləyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.