Ukrayna münaqişəsi ilə İran-Rusiya əməkdaşlığı məsələlərini əlaqələndirmək cəhdləri siyasi məqsədlər güdür.
Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani “Telegram” kanalında çıxış edib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, Ukraynadakı müharibəni İran İslam Respublikası ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələləri ilə əlaqələndirmək cəhdləri yalnız qərəzli siyasi məqsədlər güdür”, - Kənani qeyd edib.