
Dünya birjalarında neft bahalaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,18 dollar artaraq 96,25 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 1,44 dollar artaraq 88,27 dollar təşkil edib.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti də bahalaşıb. Belə ki, onun 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib (Yeri gəlmişkən, “Azeri Light”ın qiyməti ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda uzun müddət sonra 100 dolları ötmüş və xeyli vaxt bu həddən aşağı enməmişdi. Lakin iki ölkə arasında razılaşmalarla bağlı müzakirələr dayanandan sonra dünya bazarında neft qiymətlərində kəskin enişlər müşahidə olunurdu).
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Onu da qeyd edək ki, builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.