HƏMAS Siyasi Bürosunun yeni rəhbəri çağırış etdi: “İRAN HÜCUMUNDAN ÖNCƏ...”

HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə razılığa gəlməkdə maraqlı olduğunu bildirib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.

 

Sinvar bunu İran ətrafında vəziyyət gərginləşməmişdən əvvəl etməyin vacib olduğunu vurğulayıb. O, Qəzza zolağından kənarda yerləşən hərəkat rəhbərliyinin nümayəndələrinə uzun ismarış göndərib. İsmarışda onları İranın mümkün hücumundan əvvəl İsraillə atəşkəslə bağlı razılığa gəlməyə çağırıb.

 

Sinvar həmçinin hərəkatın Qətərdəki rəhbər heyət üzvlərini də İsraillə danışıqlar prosesinə müdaxilə etməkdən çəkindirməyə çalışaraq bildirib ki, danışıqlarda yalnız onun müavini Xəlil əl-Həyya və Siyasi büronun üzvü Qazi Həməd iştirak edə bilər.

 

Məlumatda o da vurğulanıb ki, hərəkatın yeni liderinin Tehranla münasibətləri yaxşı deyil və o, HƏMAS-ın hərbi rəhbərliyi tərəfindən də ciddi təzyiqlərə məruz qalır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.