Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli məlumat verib.
“Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, - o əlavə edib.
Qeyd edək ki, avqustun 28-də Liviyanın paytaxtı Tripolidə BMT-nin tanıdığı müvəqqəti hökumətin ordusu və parlamentin təyin etdiyi hökumətin silahlı dəstələri arasında davam edən döyüşlərdə azı 32 nəfərin həlak olduğu bildirilib.