Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq

Xəzər regionunun birləşdirici rolu onun iqtisadi, nəqliyyat və geostrateji potensialı nəzərə alınmaqla artacaq.

 

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin “Xəzər dənizi - sülh və dostluq dənizi” adlı elmi-praktik konfransda çıxışı zamanı bildirib.

 

“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən birləşdirici həlqə kimi rolu daha da artacaq”, - o deyib.

 

Şukin əlavə edib ki, hazırda Xəzər regionunun bütün ölkələrindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır.

 

Diplomat, həmçinin bütün Xəzəryanı dövlətləri, o cümlədən Rusiyanı Xəzər Şurasının yaradılması ideyasının həyata keçirilməsində fəal əməkdaşlığa çağırıb.

 

Qeyd edək ki, Beynəlxalq Xəzər dənizi gününə həsr olunmuş “Xəzər dənizi – sülh və dostluq dənizi” elmi-praktik konfransı Türkmənbaşı şəhərində (Türkmənistan) keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.