Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək?

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyada səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.

 

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkidən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib.

 

Lakin Elmar Məmmədyarov Musavat.com-a açıqlamasında xəbəri təkzib edib: "Polad Bülbüloğlunu artıq seçmisiniz? Nəyə əsaslanaraq bu barədə xəbərin yazılması barədə məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib?

 

Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun soruşun, mənbəni haradan götürüblər...

 

Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsinizsə, sizin əlinizdə olsaydı, mən deyərdim - hə (gülür). Amma bilirsiniz, sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün bu yetişməlidir, ortaya çıxmalıdır".

 

Xatırladaq ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.