Dövlət Departamenti 18,82 milyard dollara F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların İsrailə mümkün satışını təsdiqləyib.
Bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə məhz bu Agentlik cavabdehdir.
Sənədə görə, İsrail bundan əvvəl ABŞ-a 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib. Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqona görə, İsrailə döyüş təyyarələrinin satışı “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq”.("Report")