Türkiyə beynəlxalq siyasətdə güc sahibidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaranmasının 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə heç vaxt dayanmayıb, mövcud olanla kifayətlənməyib.
Ərdoğan söyləyib ki, AK Parti hakimiyyəti dövründə Türkiyə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda, təhsildə, müdafiə sənayesi sahəsində ilklər yaşayıb: "Bu gün Türkiyə regionun parlayan ulduzudur".
R.T.Ərdoğanın çıxışını tam olaraq aşağıdakı videodan izləyə bilərsiniz.