Tramp seçici dəstəyinə görə yenidən Harrisdən önə keçdi
NÖVBƏTİ SORĞU

ABŞ-ın sabiq prezidenti Donald Tramp seçki yarışında amerikalı seçicilər arasında dəstək baxımından vitse-prezident Kamala Harrisi bir faiz qabaqlayır.

 

Bunu “Fox News” telekanalının keçirdiyi yeni rəy sorğusu göstərib.

 

Sorğunun nəticələrinə görə, seçicilərin 50 faizi Trampa, 49 faizi isə Harrisə səs verəcəyini bildirib. Eyni zamanda, respondentlərin əksəriyyəti hər iki namizədi bəyənmir: respondentlərin 53 faizi Tramp, 51 faizi Harris haqqında mənfi fikirdədir. Seçicilərin əksəriyyəti iqtisadiyyatı (38 faiz), miqrasiyanı (14 faiz) və abortları (14 faiz) namizədlərin qarşısında duran əsas problemlər kimi görür. Respondentlərin yalnız 4 faizi xarici siyasət məsələlərini prioritet hesab edir.

 

Sorğu avqustun 9-dan 12-dək aparılıb və qeydiyyatdan keçmiş 1000-dən çox amerikalı seçicinin iştirakı ilə keçirilib.

 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.