“Son vaxtlar tərəflər arasında gərginlik artıb. Bu, regionumuz üçün çox təhlükəlidir”.
Senzor.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Habertürk”ə müsahibəsində İsrail və İrana çağırış edərkən deyib.
"Hər iki tərəfi ağıllı davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq yorulublar", - deyə nazir vurğulayıb.