Həbsdəki alim cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyir - VƏKİL: “ƏSAS FİQUR ÇÖLDƏ KEF EDİR, BU, HƏBSDƏ QALIB”

Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun məhkəməsi başlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət verərək bildirib ki, müvəkkilnin səhhətində problemlər var. O, məhkəmədən F.Qasımovun ev dustaqlığına buraxılmasını xahiş edib.

 

Vəsatət təqsirləndirilən şəxsin özü və digər vəkili Telman Qasımov tərəfindən müdafiə edilib. Vəkil Qasımov vəsatətə əlavə edərək bildirib ki, Qubad İbadoğlunun azadlığa buraxıldığı halda Fazil Qasımovun hələ də həbsdə qalması başa düşülən deyil: “Bu işdə əsas fiqur Qubad İbadoğludur. Amma o bu gün azadlıqdadır. Bu iş ümumiyyətlə istintaqa qaytarılmalıdır. Qubad İbadoğlu çöldə kef edir, bu, həbsdə qalıb”.

 

Müttəhim F.Qasımov digər vəsatətində cinayət işi üzrə Qubad İbadoğlu ilə birlikdə ittiham olunduqları üçün işə bir icraatda baxılmasını istəyib.

 

F. Qasımov cinayət işinə xitam verilməsini də xahiş edib.

 

Məhkəmə təqsirləndirilən şəxsin vəsatətlərini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

 

Məhkəmə baxışı avqustun 29-na təyin olunub.

 

“Report” xatırladır ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

 

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatı ilə əlaqəli olmaqda təqsirləndirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.