Xəbər verdiyimiz kimi, ölkəmizi Konfrans Liqasında təmsil edən “Zirə” üçüncü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubunu mübarizədən kənarlaşdıraraq pley-offa adlayıb.
Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
Burada isə diqqət mərkəzinə “Zirə”nin 24 yaşlı qapıçısı Tiaqo Silva düşüb. O, 5 penaltidən 4-nü dəf etməklə həm gecənin qəhrəmanı olub, həm də komandasını növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, Pley-off mərhələsində "Zirə" Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk oyun bir həftə sonra Kiprdə baş tutacaq.
Tiaqonun dəf etdiyi penaltilərin videosunu təqdim edirik: