Türkiyədə son 4 gündə baş verən bütün meşə yanğınları demək olar ki, nəzarət altına alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Kənd təsərrüfatı naziri İbrahim Yumaklı deyib.
“Cümə axşamı səhərindən indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb, bizi narahat edəcək bir yanğın da yoxdur”, - deyə İbrahim Yumaklı bildirib.
Yumaklı daha əvvəl Egey sahilində yerləşən İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi.
Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Daxili işlər naziri Əli Yerlikaya şənbə günü İzmir də daxil olmaqla yanğınlarda iştirak edən 7 nəfərin həbs edildiyini açıqlayıb. Bunlara insan amilinin səbəb olduğu bildirilib.