İranın Aİİ-də müşahidəçi olmaq müraciətinə baxıldı

İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaqla bağlı müraciəti nəzərdən keçirilib.

 

İttifaqın mətbuat xidmətinin yaydığı məlumata görə, məsələ ilə bağlı müşavirə dünən AİK-in inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyevin sədrliyi ilə videokonfrans formatında keçirilib.

 

Müşavirəyə ittifaqa üzv ölkələrin XİN müavinləri, İran tərəfindən isə Xarici İşlər Nazirliyinin Çoxtərəfli iqtisadi əməkdaşlıq Departamentinin direktoru Seyid Cəlaləddin Ələvi Səbzevari qoşulub.

 

Müşavirə iştirakçıları AİK ilə İran arasında iqtisadi-ticari əməkdaşlığın inkişafını diqqətə çatdıraraq, bu ölkənin ittifaqda müşahidəçi dövlət statusu almasını dəstəkləyiblər. Xarici tərəfdaşa belə bir statusun verilməsi barədə qərarı isə ittifaqa üzv dövlətlərin başçıları təsdiqləyəcəklər.

 

Azvision.az xatırladır ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İttifaqa Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.