Həmyerlimiz Daşkənddə bələdiyyə sədri seçilib - FOTO

Özbəkistanın Daşkənd şəhərinin Mirzə Uluqbəy qəsəbəsində bələdiyyə sədri seçkiləri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, həmyerlimiz Qalib Müslümovun da iştirak etdiyi seçkiyə 110 millət vəkilinin nümayəndələri qatılıblar. Nəticələrə əsasən, seçicilərin etimadını qazanan həmyerlimiz bələdiyyə sədri seçilib.

 

Qeyd edək ki, Q.Müslümov Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi diaspor təşkilatının Daşkənd vilayəti üzrə İdarə Heyətinin sədridir. O, 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

 

Məlumat üçün bildirək ki, Mirzə Uluqbəy qəsəbəsi şəhərin infrastruktur mövcudluğu baxımından ən zəngin, iqtisadi cəhətdən qabaqcıl yaşayış məntəqələrindən biri sayılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.