ABŞ və onun G7 tərəfdaşları bu gün və həmişə Ukraynanın yanında olacaqlar.
Bunu ABŞ Dövlət katibi Antoni Blinken sosial media hesabındakı paylaşımında yazıb.
"Müstəqilliyinin 33-cü ilini qeyd edən Ukrayna xalqının öz suverenlik və azadlıqlarının müdafiəsində göstərdikləri əzmkarlığı və fədakarlığı alqışlayırıq. Onların Rusiya qarşısında cəsarəti sarsılmazdır. Biz və G7 tərəfdaşlarımız bu gün və həmişə Ukraynanın yanındayıq", - deyə Dövlət katibi vurğulayıb.