İsveç şirkəti yeni qırıcı təyyarə istehsal edəcək

İsveçin “Saab” təyyarə istehsalı və müdafiə sənayesi şirkəti daha bir qırıcı təyyarə istehsal etmək niyyətindədir.

 

Şirkət artıq 2025-ci ilin sonunadək hazır olacaq prototipin eskizini yaratmaq üzərində işləyir. “Saab”ın rəhbərliyi ümid edir ki, bütün bunlar hökumətin xarici istehsalçılardan qırıcılar almaq qərarına təsir edəcək.

 

“Advanced” proqramının meneceri Peter Nilsson deyir: “Xarici ekspertlərin layihənin baha başa gələcəyi fikri ilə razı deyilik. Şəxsi heyət təlim keçib və qırıcı təyyarəni yaratmağa hazırdır”.

 

Onun sözlərinə görə, 1980-ci ildə “JAS 39 Gripen-E”nin inşası ilə bağlı müzakirələr zamanı da eyni məsələ qaldırılıb. Lakin qırıcı yalnız 1997-ci ildə istifadəyə verilib və o vaxtdan İsveç Hərbi Hava Qüvvələrində xidmət göstərir.

 

Peter Nilsson əlavə edib: “NATO üzvü olan şimal ölkələrində Amerikanın F-35 təyyarələri var. Bu, xoşagəlməz hiss yaradır ki, biz ittifaqda olduğumuz üçün hamı eyni avadanlığa sahib olmalıdır”.

 

Şirkətin məqsədi prototipin yeni döyüş təyyarəsi sisteminin əsasına çevrilməsidir.

 

İsveç hökuməti 2030-cu ildə yeni döyüş təyyarələri sistemi ilə bağlı qərar verməyi planlaşdırır, “Saab” isə iki böyük Avropa layihəsindən birində iştirak etmək üçün artıq çox gec olduğunu bildirir.

 

“Əgər Riksdaq (parlament - red.) xaricdən yeni qırıcı təyyarə almaq qərarına gəlsə, bunun böyük fəsadları olacaq. Biz şirkəti yenidən strukturlaşdırmaq məcburiyyətində qalacağıq və orada 6000 mühəndis saxlamağın mənası olmayacaq”, - deyə P.Nilsson bildirib.(AZƏRTAC)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.