Rusiyanın Parisdəki səfirliyi Fransa hakimiyyətindən Teleqramın həbsdə olan təsisçisi Pavel Durovun hüquqlarına riayət olunmasını təmin etməyi tələb edib.
Senzor.az bildirir ki, bu barədə səfirlikdən məlumat verilib.
“Mediada Pavel Durovun saxlanması xəbəri çıxandan sonra dərhal Fransa hakimiyyət orqanlarından səbəblərin aydınlaşdırılması istənilib və hüquqlarının qorunmasını və konsulluğa girişin təmin edilməsi tələb olunub. Fransa tərəfi hələ də bu məsələdə qarşılıqlı əlaqədən yayınır”, - məlumatda qeyd olunub.