Paris prokurorluğu Durovun saxlanılması barədə məlumat yaydı: 12 CİNAYƏTDƏ İTTİHAM OLUNUR

"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov 2024-cü il iyulun 8-də başlayan istintaq çərçivəsində Fransada saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paris prokurorluğunun yaydığı növbəti  məlumatda belə deyilir.

 

“Bu tədbir 2024-cü il iyulun 8-də Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsinin təşəbbüsü ilə aparılan istintaqa qədərki yoxlamanın nəticələrinə əsasən başlanmış ibtidai istintaqın tərkib hissəsidir”, - mətndə qeyd olunur.

 

Qurumdan verilən məlumata görə, müstəntiqlərin tələbi ilə istintaqa Rəqəmsal Cinayət Mərkəzi və Milli Fırıldaqçılıq İdarəsi də cəlb olunub.

 

O da bildirilib ki, Pavel Durov 12 cinayətdə ittiham olunur. Həmin cinayətlərin bəziləri aşağıdakılardır:

 

- mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;

 

- hüquq-mühafizə orqanlarının tələbi ilə ibtidai araşdırmanın aparılması və istifadəsi üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;

 

- yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanmasında iştirak;

 

- narkotiklərin yayılmasında iştirak;

 

- kibercinayətlərdə iştirak;

 

- mütəşəkkil cinayətkar qrupların tərkibində dələduzluqda iştirak.

  

Xatırladaq ki, Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.