Kamala Harris seçici dəstəyinə görə hələ də Trampdan öndədir

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçici dəstəyinə görə hələ də respublikaçı rəqibi Donald Trampı bir qədər qabaqlayır.

 

“The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, bir həftə ərzində fərq 1 faiz azalaraq 2 faiz bəndi təşkil edib.

 

Belə ki, sorğu iştirakçılarının 47 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi Trampa üstünlük verir. Digər 8 faiz isə öz seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını bildirib. Bundan əvvəl (9-11 avqust) keçirilən sorğuda Harris Trampı 3 faiz qabaqlayırdı.

 

Rəy sorğusu avqustun 25-dən 27-dək aparılıb və yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşının namizədlərlə bağlı fikri öyrənilib.

 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.