“Turistlər kanat adı ilə gəlib kor-peşman qayıdırlar” - BALAKƏNLİLƏRİN ŞİKAYƏTİ VAR
VİDEO

“Balakən rayonunda 2008-ci ildə açılan kanat illərdir istifadəsiz qalıb. Turistlər kanat adı ilə gəlirlər, görürlər bağlıdır, kor-peşman qayıdırlar”.

 

Bu şikayətlə “Qafqazinfo”ya rayon sakinləri müraciət ediblər. 

 

Onlar bildirirlər ki, kanat yolu istifadəyə veriləndən sonra cəmi bir neçə il normal qaydada işləyib. Sonradan hansısa detalında nasazlıq yaranıb: “Kanat yolu rayonun mənzərəli yerində inşa olunub. Turistlər gələndə buradan ətrafı seyr edirdilər. İllərdir ki, hansısa xarab detala görə fəaliyyətini dayandırıb. Halbuki bunu təmir eləmək elə də çətin iş deyil”.   

 

Saytın əməkdaşı Gülnar Əliyeva problemlə bağlı Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, kanatın təmiri nəzərdə tutulub: “Kanatın troslarında müəyyən yeyilmələr var, bəzi detallarda amortizasiya var. Böyük xərc tələb edən bir ehtiyat hissəsində nasazlıq yaranıb. Biz onu tədbirlər planına salmışıq. Növbəti ildə təmir olunacaq. Bu vaxta qədər bağlı olması da tələb olunan vəsaitə görə idi”.

 

Sayt onu da bildirir ki, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən kanat yolunun uzunluğu 1200 metrdir. Altı kabinəli buraz (tros) yolundan saatda 216 nəfər istifadə edə bilər.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.