Harrislə Tramp seçici dəstəyinə görə bərabər irəliləyirlər - SORĞU

ABŞ-ın vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp seçki yarısında bərabər irəliləyirlər.

 

“The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb. Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.

 

Sorğuda Kamala Harrisin mənfi və müsbət reytinqi bərbərdir. Rəyi soruşulanların 49 faizi onun barəsində müsbət, 49 faizi mənfi düşünür. İyul sorğusunda bu rəqəm 46 faizə qarşı 52 faiz təşkil edirdi. Trampla bağlı isə müsbət düşünənlər 45 faiz, mənfi düşünənlər isə 53 faizdir. İyul ayında bu göstərici 47 faiz müsbət və 50 faiz mənfi təşkil edib.

 

Sorğu 24-28 avqust tarixlərində telefon və onlayn şəkildə 1500 seçici arasında keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.