Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məşhur parataekvondoçumuz İmaməddin Xəlilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir: “Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.