Ukraynada 3 nazir və bir fond rəhbəri eyni vaxtda istefa ərizəsi yazıb

Ukraynanın 3 naziri və bir fond rəhbəri istefa ərizəsi yazıb.

 

Bu barədə "RBC-Ukraine" xəbər yayıb.

 

Bildirilir ki, ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya nazirliyinin rəhbəri Ruslan Strelets və Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.

 

Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

 

Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.

 

Ruslan Strelets 14 aprel 2022-ci ildən ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.

 

Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.

 

Vitali Koval isə Dövlət Əmlak Fonduna 2023-cü il noyabrın 21-dən rəhbərlik edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.